“PEDAQOJİ USTALIĞIN ƏSASLARI”
FƏNNİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI
Ölkəmizin
tarixindən bidiyimiz kimi, 1991-ci ildə Sovet Sosialist Respublıkaları İttifaqı
(SSRİ) dağılmış, bu birliyə daxil olan digər xalqlar kimi Azərbaycan xalqı da
müstəqillik əldə etmiş, öz suveren dövlətçiliyini ən demokratik prinsiplər əsasında
qurub-yaratmağa və inkişaf etdirməyə nail olmuşdur. Bu yolda böyük çətinliklər,
maneələr olsa da dövlətimiz inamla irəliləməkdə, möhlənməkdə davam edir.
İnsanların həyata, cəmiyyətə, özünə, soykökünə, keçmişinə, bu gününə və
sabahına münasibəti dəyişməkdə, yeniləşməkdədir. Ölkəmizin demokratiya, hüquqi
dövlət, azad ticarət, özəlləşdirmə yolunda nəzərə çarpacaq müəyyən uğurlar
qazandığı, iqtisadi inkişafa nail olduğumuz indiki yeniləşən şəraitdə köhnə
qaydalar, tələbər, münasibətlər, meyarlar, keyfiyyətlər ilə işləmək, təlim, tərbiyə,
təhsil işlərini ənənəvi, standart məzmunda, formada, səviyyədə aparmaq olmaz. Tədris
planı, tədris proqramı, ümumiyyətlə təhsilin məqsədi, məzmunu, vəzifələri dəyişdiyi
kimi, onun üsullarının, prinsiplərinin, vasitə, forma və yollarının istifadəsində
köhnə stereotiplərdən uzaqlaşmaq, yaradıcılıq, yenilik nümunəsi göstərmək son dərəcə
vacibdir. Bu milli ideologiyanın tələblərinə cavab verəcək hərtərəfli inkişaf
etmiş yeni insanın formalaşdırılması kimi ən vacib bir işlə məşğul olan müəllim
və tərbiyəçilərimizə daha çox aiddir. Müasir məktəb bizdən gənc nəslin təlim-tərbiyəsi
ilə mükəmməl məşğul ola biləcək usta-müəllimlər, pedaqoji ustalığın zirvələrinə
yüksəlmiş şəxsiyyətlər tələb edir. Bu isə müasir təlim-tərbiyə nəzəriyyəsi və
praktikası üçün pedaqoji ustalıq problemini daha da aktual edir.
Rus və sovet pedaqogikasının
klassikləri pedaqoji ustalığın formalaşdırılması problemini gələcək müəllimlərin
hazırlanmasında həmişə vacib hesab etmişlər.Y.P.Azarov, F.N.Qonobolin,
N.V.Kuzmina, A.N.Şerbakov, V.A.Slastenin, A.V.Petrovski kimi alimlərin əsərlərində
pedaqoji ustalığın təkmilləşdirilməsi yolları geniş şəkildə işıqlandırılmışdır.
Ayrıca götürülmüş pedaqogika, psixologiya, xüsusi metodika dərsliklərində bu məsələ
lazımi səviyyədə verilmədiyi üçün, bu sahədə ayrıca fənnin – “Pedaqoji
ustalığın əsasları” fənninin yaradılması ideyası ortalığa çıxdı. 1979-cu ildə
Ukraynanın Poltava Pedaqoji İnstitutunda bu fənnin tədrisi ilk dəfə olaraq
reallaşdırıldı. A.S.Makarenko, V.A.Suxomlinski kimi tanınmış pedaqoqlar
yetişdirmiş bu institutda müəllim hazırlığını daha da yaxşılaşdırmaq, təsadüfi
adamların bu sahəyə düşməsinə imkan verəmək üçün abiturient seçmək, onu nəzəri
və əməli pedaqoji idraka hazırlamaq işinə ümumtəhsil məktəblərindən başladılar.
Pedaqoji peşəyə daha çox marağı olan məktəblərin yuxarı sinif şagirdləri üçün
“Gənc pedaqoq” fakultətiv məşğələləri təşkil olundu. Burada müəllimliyə xüsusi
istedadı, qabiliyyəti, marağı olanlar bu peşənin mahiyyəti, məqsədi, xüsusiyyətləri,
xarakerik cəhətləri, ictimai cəmiyyət orqanizmində onun rolu, əhəmiyyəti ilə ətraflı
surətdə tanış edirlirdilər. Bu da gənclərin pedaqoji ixtisasa erkən
hazırlanmalarında son dərəcə mühüm və əlverişli rol oynamışdır. Poltava
Pedaqoji İnstitutunun 1-4 kurslarında “Pedaqoji ustalığın əsasları” fənninin
öyrədilməsinə 108 saat ayrılmışdı. 1988-ci ildən isə “Pedaqoji ustalığın əsasları”
fənni Azərbaycanda – Azərbaycan Pedaqoji Universitetində (keçmiş APİ) tədris olunmağa başlamışdır. Bu fənnin tədris
proqramını və ilk dərsliyini istedadlı, pedaqoq Həmzə Əliyev işləyib
hazırlamışdır.
“Pedaqoji ustalığın əsasları” fənni
pedaqoji elmlər sisteminə daxil olan müstəqil bir elm kimi bu gün də ölkəmizdəki
pedaqoji tədris müəssisələrində müxtəlif ixtisaslar üzrə müəllim kadrlarının
hazırlanmasında daha böyük inamla və llhamla tədris edilməkdədir. Bu fənn,
pedaqogika, psixologiya, xüsusi metodika, pedaqoji etika, pedaqoji estetika, tərbiyə
işinin metodikası kimi fənləri əhatə edir, öz inkişafında digər elmlər kimi bu
elmlərin də materiallarından istifadə edir.
“PEDAQOJİ USTALIĞIN ƏSASLARI”
FƏNNİNİN MƏQSƏDİ, MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
Bildiyimiz kimi, pedaqogika
elminin obyekti (yəni, orijinal) təcrübənin verilməsi prosesi, mövzusu ilə həmin
obyektin pedaqoji baxımdan öyrənilməsi olduğundan, pedaqoji ustalığın mövzusu
isə həmin obyektin daha məharətlə, kamilliklə öyrənilməsi prosesidir. Pedaqoji
elmlər sisteminə daxil olan “Pedaqoji ustalığın əsasları” da öz obyektini pedaqoji
müşahidə, pedaqoji müsahibə və pedaqoji eksperiment kimi tədqiqat metodları əsasında
öyrənməli olur. Pedaqoji ustalıq səviyyəsinə yüksəlməyə səy edən müəllim-tərbiyəçi
“təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışları,
onların komponentlərini- tərkibini, əhatə dairəsini ətraflı və dəqiq bilməlidir.
Məhz bu zaman təcrübə anlayışına daxil olan biliklər sistemi, münasibətlər
sistemi, bacarıq və vərdişlər sistemi, yaradıcılıq təcrübə sahəsində reallıqdan
ideallığa çevrilməklə ustalıq zirvəsinə qalzmaq mümkün olur. Usta – öz işini məharətlə
aparan şəxsidir. Usta müəllim şəxsiyyət psixologiyasını və onu öyrətməyin dərin
bilicisi, təlim-tərbiyənin yollarına yiyələnmiş bir şəxsiyyətdir. Bütün peşə
sahələrinin özünəməxsus xüsusiyyətləri olduğu kimi, pedaqoji peşənin də özünün
səciyyəvi xüsusiyyətləri vardır. Bu isə onun ümumi qanunlarında öz ifadəsini
tapmışdır. Belə ki, 1-ci tərbiyənin məqsədinin mövcud ictimai münasibətlərdən
asılı olması, daha doğrusu, ictimai münasibətlərin xarakterinə, inkişaf səviyyəsinə,
mütləq, uyğun qurulması, 2-ci təlim-tərbiyə materiallarının əvvəlki qanunun tələbləri
əsasında seçilməsi, 3-cü məzmunun tələbinə uyğun olaraq tərbiyənin vasitələrinin
seçilməsi,4-cü qanun vasitəsi ilə metodların arasında əlaqənin düzgün seçilməsi,
5-ci qanun tərbiyənin qolları və tərbiyəçilər arasındakı daxili əlaqənin ifadəsində
özünü əks etmiş olur.
Pedaqpgikanın ümumi qanunlarından
aydın olur kimi müəllim faəliyyətinin nəticələrinə görə azad deyildir. Onun fəaliyyəti
mövcud cəmiyyətin bugünkü və gələcək inkişaf tələblərinə cavab verə biləcək ahəngdar
formalaşmış, azad, təşəbbüskar, zəhmətsevər, milli qeyrətli, islami mənəviyyatlı,
bəşəri mədəniyyət səviyyəli şəxslər yetişdirməyə istiqamətlənməlidir. İctimai
münasibətlərin müasir və gələcək səviyyəsi ilə şərtləşən vəzifələri müəllimə
hazır şəkildə vermək, diqtə etmək mümkün deyildir, bunu onun özü, fəaliyyət
göstərdiyi mühit, kollektivin səviyyəsi, xarakteri, hadisənin sosial, siyasi,
ictimai, iqtisadi və etik-estetik yönümü, pedaqoji ustalıq səviyyəsi diqtə etməlidir
Pedaqoji məlumatlılıq, məharət, ustalıq məhz burada özünü göstərir. Müəllim bu
gündə yaşayır, lakin gələcəyi qurur. Bu çox mürəkkəb bir işdir. Müəllimin məqsədi
tərbiyə etdiyinin gələcəyində obyektivləşir. Uşaq isə bu günlə yaşayır, gələcək
onun üçün çox uzaqdır. Bu ziddiyyət tərbiyənin faciəsinin əsasıdır. Usta müəllim
uşağın gələcəyini qurmaqda ona kömək etməli, yol göstərməli, istiqamət verməli,
onda öz gələcəyinə güclü inam yaratmağa çalışmalıdır. Bunlar olmadan xalqımızın
gələcəyini tərbiyə etmək, hərtərəfli inkişaf etmiş şəxsiyyəti formalaşdırmaq
mümkün deyildir. Ona görə də cəmiyyətimizə bu işlə məşğul ola biləcək usta müəllimlər
həmişə lazımdır və onun hazırlanması işinə də vicdanla yanaşmaq çox vacibdir.
PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT
Gələcək müəllimlərin hazırlamasında
onlarda pedaqoji ustalığın formalaşdırılması ən vacib məsələlərdən biridir.
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini optimallaşdırmaq,
onları şəxsiyyətin hərtərəfli inkişafına və təkmilləşməsinə yönəltmək, onun
dünyagörüşünü, qabiliyyətlərini, ictimai fəaliyyətindəki tələbatlarını
formalaşdırmağı yüksək professional səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə
təzahür edir. Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin
– müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin
yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə sənətidir.
Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və müəllimin şəxsi
keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti müəllimin şəxsiyyətində,
onun mövqeyində, fəaliyyətini yüksək professional səviyyədə idarə etmək
qabiliyyətindədir. Bundan ötrü isə müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı,
onun məqsədini, vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı
yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi cəmiyyət
tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son nəticələrini seçməkdə
azad deyil, onun hərəkətləri məktəbli şəxsiyyətinin hərtərəfli inkişafına doğru
yönəlməlidir. Lakin məqsəddən doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə
müəllim özü işini qurmağı bacarmalıdır.
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini
idarəetmə mahiyyəti, bir növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri
daşıyır. Orada həm müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər
iki istək üst-üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol
tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə inamın
obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd müəllimə yaxın və
aydlndır. O şagirddən tələb edir: “Sən bilməlisən, bacarmalısan, etməlisən”.
Beləliklə, pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini
şəxsən qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla
anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş vəzifəni
başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri əmək,
ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm iştirak
edirlər.
Pedaqoji əməyin obyekti təkrarolunmaz
fərdi keyfiyyətləri, baş verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal
varlıqlar – canlı insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı
münasibət, axtarış tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə
yanaşı, ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və
müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan
bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı
yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur.
Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə münasibətlərin
demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri pedaqoji prosesin
iştirakçısına, həmməsləkinə çevirmək üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə
edilənə təsir göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti
isə müəllimin şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin
şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi
yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi
təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq
özünütəkmilləşdirməsi şərti ilə mümkündür.
PEDAQOJİ USTALIĞIN SOSİAL
ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ
Bildiyimiz kimi,pedaqoji fəaliyyət cəmiyyətin yaşlı üzvlərinin
– məqsədi gənc nəsli tərbiyə etməkdən, onu cəmiyyət həyatına hazırlamaqdan ibarət
olan fəaliyyətidir.Pedaqoji fəaliyyət mürəkkəb və çoxcəhətli bir fəaliyyətdir.Qarşıda
duran konkret vəzifələrdən (funksiyalardan) asılı olaraq pedaqoji fəaliyyətin
müxtəlif növlərini fərqləndirirlər (öyrətmə,tərbiyə,təşkilatçılıq,təşviqatçılıq,
özünütəhsil və s.).Pedaqoji fəaliyyətin həmin növləri ümumi struktura malikdir.
Pedaqoji vəzifələrin həll edildiyini şərait pedaqoji şərait adlanır.Bu cür şərait
2 cür yarana bilər: 1) Qabaqcadan müəllim tərəfindən düşünülüb, planlaşdırılıb
hazırlana bilər. (məs.problemli dərs) 2) gözlənilmədən,şagirdin davranışı ilə əlaqədar
də yarana bilər.Bu zaman müəllim müəyyənlik şəraitində hərəkət etməli olur.
Pedaqoji fəaliyyət böyük ictimai, sosial əhəmiyyət daşıdığı
kim, onunla sıx bağlı olan pedaqoji ustalıq da bu işə, vahid təlim-tərbiyə məqsədinə
xidmət etdiyi üçün böyük sosial əhəmiyyət daşıyır.Odur ki, ona yiyələnmək,ondan
istifadə etmək işinə diqqətlə,dərin məsuliyyətlə yanaşmaq lazımdır. Pedaqoji ədəbiyyatda
göstərildiyi kimi, şəxsiyyət strukturunda pedaqoji ustalıq öz-özünü təşkil edən
sistemdir.Bu sistemin yaranmasında müəllimin daxili insansevərliyi,humanizmi,onun
cəmiyyətə, müstəqil dövlətimizə bağlılığı mühüm rol oynayır.Müəllim öz ölkəsinin
bugünki və gələcək perspektivlərini dərk edərək öz pedaqoji fəaliyyətini
qurur.Bunları nəzərə alaraq pedaqoji ustalığın 4 əsas elementdən ibarət
olduğunu qeyd edirlər:
- Müəllimin fəaliyyətinin humanist istiqamətliliyi.
Bunu Təhsil Qanunumuz
da tələb edir. L.V.Tolstoy bu
barədə çox gözəl demişdir: “İşimə və şagirdlərinə məhəbbəti birləşdirməyi
bacaran şəxs, əsil müəllimdir”.Müəllimin humanist istiqamətliliyi onun
idealında, maraqlarında, dəyərlərində, fəal mövqeyindədir. Hər bir müəllim şəxsiyyətinin
pedaqoji istiqamətliliyi rəngarəngdir. Onu təşkil edən dəyər istiqamətləri bunlardır:
1)Özünə qarşı – özünütəsdiq.
Bu ona görə vacibdir ki, uşaqlar məndə bilikli, tələbkar, əsil bir müəllimi
görsünlər.
2) pedaqoji təsir vasitələrinə,
3) məktəbliyə, uşaq kollektivinə, 4) pedaqoji fəaliyyətin məqsədlərinə -
humanist strategiya, təsir vasitələrinin, fəaliyyətin obyektinin yaradıcı şəkildə
dəyişdirilməsi. Müəllim üçün istiqamət növlərindən əsas məqsədə,humanist fəlaiyyətə
yönəldilmiş aparıcı istiqamət vacibdir. Müəllimin professional ustalığı onun gələcək
qarşısında öz məsuliyyətini duymaq şərtilə, şüurlu məqsədyönlülük və uşaqlara
böyük məhəbbətin əlaqələndirlməsi ilə formalaşır.Humanist istiqamətlilik ən
yüksək bir vəzifə kimi usta müəllimin gündəlik fəaliyyətində həmişə onun
konkret vəzifələrini müəyyən edir. Uşaqları dərindən sevın usta müəllim həmişə,
hər şeyin düzünü onlara deməli, düzgün istiqamət verməli,çətin situasiyalardan
çıxmaqla, düzgün yol seçməklə onlara yaxından kömək etməli,hər vaxt Vətənin,
millətin gələcəyini düşünməlidir.
2. Müəllimin
professional bilikləri.Bu pedaqoji ustalığın fundamental əsasıdır. Müəllimin
bilikləri bir tərəfdən elmə, tədris etdiyi fənnə, digər tərəfdən isə onu öyrənən
şagirdlərə doğru yönəldilmişdir. Bunun məzmununa müəllimin tədris etdiyi fənni,
onun metodikasını, psixologiya və pedaqogikasını bilməsi daxildir. Pedaqoji peşə
biliyinin özünəməxsusluğu onun kompleksliliyində, ümumiləşdirilməsində, müəllimin
şəxsi münasibətində xarakterizə olunur. (Məs. “Düşünürəm ki”, “Mənə belə gəlir
ki”, “Məncə” və s.).Müəllimin ustalığı biliyin insaniləşdirilməsində,
canlandırılmasında, onun sadəcə kitabdan verilməsində deyil, müəllimin dünyaya,
həyata öz baxışları kimi təqdim edilməsindədir. Şagirdlər tərəfindən şəxsi
mövqeyi kimi qavranılmasındadır. Peşə biliyinin əsasında müəllimin pedaqoji
şüuru, onun pedaqoji fəaliyyətinin və davranışının əsasını təşkil edən prinsiplər,
qaydalar formalaşır. Bunları da müəllim öz təcrübəsi əsasında əsasında qurur.
Lakin onu dərk etmək, onun qanunauyğunluqlarını görmək isə yalnız elmi biliklərin
köməyi ilə mümkündür.
3. Müəllimin
pedaqoji qabiliyyətləri. Bu pedaqoji ustalığın mayasıdır və onun əsasında təkmilləşir,
inkişaf edir. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini
birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə qarşı olan həssaslığıdır. Qalan
qabiliyyətlər bunlardır: didaktik, akademik, konstruktivlik, qnostik-idraki.
4.
Pedaqoji texnika. Bu pedaqoji fəaliyyətin quruluşunu ahəngdar edən bütün təsir
vasitələrinin kompleksidir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və
bir-birinə təsir göstərirlər.
PEDAQOJİ SİTUASİYA VƏ PEDAQOJİ VƏZİFƏ, ONUN YERİNƏ
YETİRİLMƏSİNİN MƏRHƏLƏLƏRİ
Pedaqoji
vəzifə nədir? O əsas hüceyrəsi, mayasıdır və onun həll edilməsi müəllimin
professionalizm səviyyəsini əks etdirir. Pedaqoji vəzifə - mövcud pedaoji
situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, pedaqoji fəaliyyətin
məqsədinə yaxınlaşdırmaq zırurətini daima dərk etməkdir. Çünki, bütün pedaqoji
fəaliyyət pedaqoji situasiyalar zəncirindən ibarətdir. Bunların bəzisini müəllim
özü yaratmalı olduğu halda, digərlərini isə şagirdlər təsadüfən yaradırlar.
Pedaqoji fəaliyyətin fəlsəfəsi bunu tələb edir. Bir şagirdin dərsə gecikməsi,
digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi, 2 şagirdin dərs
zamanı söhbət etmələri və s.- bütün bunlar pedaqoji situasiyalardır. Müəllim bu
situasiyaları dərk edir və özü üçün yerinə yetirəcəyi vəzifələri formalaşdırır:
1)
strateji
xarakterli vəzifələr (uşaqlarda məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə
cür formalaşdırmalı)
2)
taktiki
xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi,
billiklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması)
3)
situativ
xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul
olan şagirdlərə nə cür reaksiya verməli və s.)
Müəllimin
ustalığı mövcud situasiyanı pedaqoji vəzifəyə çevirməyi bacaran, yəni,mövcud şəraiti
münasibətlərin dəyişməsinə,qarşıya qoyulmuş pedaqoji məqsədə yaxınlaşdırmaqdan
ibarətdir.Əgər müəllim onu görməzsə,əhəmiyyət verməzsə,situasiya vəzifəyə
çevrilməyə bilər.Beləliklə,situasiya məqsədyönlü pedaqoji fəaliyyət şəraitində
vəzifəyə çevrilir.(situasiya+məqsəd=vəzifə). Məqsədə çatmaq üçün müxtəlif
yollardan istifadə edilir.Məhz burada pedaqoji ustalığın səviyyəsi özünü göstərir.Bu
isə müəllimin məqsədyönlülüyündən, pedaqoji biliyindən, qabiliyyətlərindən,
pedaqoji texnikaya necə yiyələnməsindən asılıdır.
Pedaqoji
vəzifənin həll edilməsi bir neçə mərhələdən keçir. 1-ci mərhələ situasiyanın təhlili
və problemin dərk edilməsidir. Əksər hallarda gənc müəllimlər tələsdiklərindən
bu mərhələni unudur, konfliktin dərinliyini çox vaxt duymur, situasiyanı tanış
hesab edib, səhvlərə yol verirlər. Situasiyanı görə bilməmək,onu dərk etməmək,uşaqların
hərəkətlərinin arxasında nələr dayandığını duymamaq vəzifənin həllində səhvlərə
gətirib çıxarır. Situasiyanın ilkin təhlili zamanı ümumi pedaqoji prosesi
harada, hansı şəraitdə baş verdiyini,şagirdlərin,tərbiyəçilərin xarakterini,
onların qarşılıqlı münasibətlərini müəyyən etmək, uşaqların hərəkətlərindən
razı və ya narazı qaldığını onlara hiss etdirmək,bir daha belə hallara yol verməyəcəyini
başa salmaq çox vacibdir.Bu başlanğıc məlumatların təhlili mərhələsidir,2-ci mərhələdir.Bunun
nəticəsində edilmiş hərəkətlərin motivləri, fəaliyyətin məqsədləri şəraitin
spesifikliyi dərk edilir.Yalnız özü haqda, öz mövqeyi barədə düşünən müəllim
şagirdlərin davranışlarıının həqiqi motivlərini görməyə bilər.Xüsusilə, müəllimin
şagirdlərə qarşı böhtan xarakterli tələbələrlə çıxış etməsi,etmədiklər hərəkətləri
onların adlarına yazması pedaqoji təsirin effektinə ciddi ziyan vura bilər. Müəllim
bu mərhələdə şagirdin tərbiyəçilik səviyyəsini, estetik—mədəni duyumunu,
genetik, əməli, potensial imkanlarını, idarəolunanlığını və s. hökmən nəzərə
almalıdır.
Situasiyanın
son və 3-cü mərhələsi müvafiq hiöotezin, fərziyyənin irəli sürülməsidir. Burada
müəllimdən aktiv təfəkkür, təxəyyül tələb edən öz bilik və təcrübə ehtiyatından
ən səmərəli yolları seçmək istənilir. Usta müəllim kolletivi də cəlb etməklə
mövcud situasiyanı ətraflı təhlil edib, qərar çıxarmağa cəhd göstərir.
Pedaqoji
vəzifənin bütün mərhələri başa çatdıqdan sonra işləniləcək metodlar sistemi
seçilib ayrılır. Çox yaxşı haldır ki, usta müəllimlər üsul və vasitələri seçərkən
özlərində baş vermiş arzuolunmaz situasiyaların yaranması səbəblərini axtarır,
buna görə də hər bir qərarı düzgün olur və öz fəaliyyətinin ahəngdarlığına,
özünütərbiyəyə doğru aparır.
PEDAQOJİ USTALIĞIN
MƏZMUNU VƏ ONU FORMALŞDIRMAĞIN, REALLAŞDIRMAĞIN
YOLLARI
Müəllim sənətinə öyrətmək olmaz,lakin ona qədər çətin
də olsa öyrənmək mümkündür.Usta müəllimin yetişməsi yalnız təhsil sistemindən
asılı olmayıb,həm də hər şeydən qabaq öyrənənlərin cəhdləridən Ona görə
prdaqoji tədris müəssisələrində pedaqoji ustalığın əsaslarının öyrədilməsi
sistemi hər bir tələbənin imkanlarının real səviyyəsinə müvafiq olaraq gələcək
müəllimə professional inkişafın əsas mərhələlərini görməkdə və dərk etməkdə kömək
edir.Hər şeydən əvvəl pedaqoji institut və ya texnikum tələbəni təlim prosesində
yüksək professional səviyyə əldə etməyə istiqamətləndirməlidir.Bunu nəinki
ictimai cəhətdəm vacib bir tələb, həm də hər bir müəllim üçün subyektivcəsinə əhəmiyyətli
bir qayda kimi dərk etmək lazımdır. Pedaqoji usatalığın inkişafı müəllim
hazırlığının mərkəzi məsələsidir.Ona görə də bu məsələdə diqqət mərkəzində
psixoloji-pedaqoji fənlərin öyrədilməsi durur.“Pedaqoji ustalığın əsasları”,psixologiya,
pedaqogika tarixi kimi fənlərin öyrənilməsi tələbələrə professional hazırlığın
formalaşmasının məntiqi mənası haqda aydın təfəkkür verməlidir. .“Pedaqoji
ustalığın əsasları”nın öyrədilməsi ilə tələbələrdə gələcək sənət, onun incəlikləri,
özünüdərketmə haqda təsəvvür yaradılır, ideala-pedaqoji texnikanın yollarına,
ünsiyyətdə pedaqoji mövqeyə yiyələnməkdə, təlim-tərbiyə prosesinin idarə
olunması ustalığının əsaslarına yiyələnməkdə kömək edir. Bu fənn tələbələri
1-ci pedaqoji təcrübəyə hazırlayır, pedaqoji fəaliyyətin elə ilk mərhələlərində
professional vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə imkan verən pedaqoji
mövqelərini inkişaf etdirir. “Pedaqoji ustalığın əsasları” fənninin öyrənilməsi bu prinsiplərə əsaslandıqda
daha müvəffəqiyyətlə aparılır:
1) Təlimə
kompleks yanaşma prinsipi. Bu prinsipə görə bilik praktiki cəhətdən yaşanılmış
təcrübə kimi mənimsənilir, nəticədə bilik bacarıqlara çevrilir.
2) Fəal
kommunikasiyanın təşkili prinsipi. Bu prinsip tələbələri fə,iuuuuuuuuuuuuuuuuallaşdırmağa
doğru yönəldilmiş tapşırıqlar,rollu oyunlar, yarışlar,fəaliyyətin fraqmentlərinin
nümayiş etdirilməsi və müzakirələri, tələbələrin dərslərinin gedişatının təşkilinə
cəlb edilmələri və s.məsələləri nəzərdə tutur.
3)
Pedaqoji hərəkətlərin parçalanması,bölünməsi prinsipi.
Bu prinsip hər bir tələbənin psixofiziki və pedaqoji treninq
prosesində ardıcıllıqla ayrı-ayrı fəndlərə yiyələnmələrini nəzərdə tutur. Çox
vacibdir ki, hər bir tələbə bu və ya digər təlim ilində yiyələncəyi hər bir
anlayışın, bacarığın həcmi haqda məlumat əldə etsin.
4)
Aspekt
yanaşma prinsipi. Bu prinsip pedaqoji üzrə məşğələlərdə onların
ixtisaslarını da nəzər almağı
tələb edir.
5)
Bilik
və bacarıqların baza məktəblərindəki pedaoji təcrübədə keçirilən
təcrübi məşğələlərlə əlaqələndirilməsi
prinsipi.
Aydındır ki, tələbələr müəllimlərin rəhbərliyi altında mərhələlərlə
şagirdlərin fəaliyyətini təşkil etməyə qoşulurlar.Müşahidədən dərsin fraqmentlərində
iştirak, tərbiyə prosesində iştiraka və oradan da təlim və tərbiyə işlərinin
müstəqil işlənib hazırlanmasına və yerinə yetirilməsinə doğru yol gedirlər.Professional
ustalığın yaranması bütün tədris müəssisəsinin bütün həyatının maksimum
pedaqojiləşdirilməsi ilə daha da müvəffəqiyyətlə aparılır.Tələbələrin dərnəklərdə,klublarda,studiyalardakı
fəaliyyətləri bu cəhətdən daha faydalıdır.Kütləvi pedaqoji bayramların,Müəllim
gününün,pedaqoji məsələlərn teatrlaşdırılmış həllinin,pedaqoji qiraətlərin
keçirilməsi,qabaqcıl və yenilikçi müəllimlərin dərslərində, tədbirlərində
iştirak etmək,pedaqoji ustalıq müsabiqəsi təşkil etmək və s. də gənclərin
pedaqoji ixtisaslara meyllənməsində son dərəcə mühüm rol oynayır.
Yalnız bütün müəllimlər kollektivinin,tələbələrin qarşılıqlı
təsiri, keçirdikləri birgə tədbirlər nəticəsində gələcək müəllimin pedaqoji
ustalığın zirvələrinə doğru əhəmiyyətli irəliləyişini əldə etmək mümkün olur.
Çünki, təlim ikitərəfli bir prosesdir və o qarşılıqlı tərəfdən də tam fəallıq tələb
edir.
MÜƏLLİMİN ÖZÜNÜTƏRBİYƏSİ PEŞƏ USTALIĞINI FORMALAŞDIRMAĞIN ƏSAS YOLU
KİMİ
Bildiyimiz kimi, tərbiyə kor-koranə deyil, idarəolunan
gözlənilən nəticələri mövcuddur. Çünki, onun məqsədi, motivləri, funksiiyaları
və gözlənilən nəticələri mövcuddur.Şübhəsiz, bunların hər birini nəzərə almaq və
tərbiyə işini onlara müvafiq olaraq təşkil etmək elə onun idarə edilməsi deməkdir.
Tərbiyə həm daxili, həm də xarici idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə
tərbiyə edənlərdən asılıdır. Daxili idarəetmə isə hər bir fərdin özündən
asılıdır və özünütərbiyə prosesində həyata keçir, özünüidarə rolunu oynayır.
Özünütərbiyə insanın şüurlu olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş
fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin və
onun özünüdərketməsinin müəyyən inkişaf
səviyyəsinin, özünün hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə zamanı
təhlildən istifadə edə bilmək qabiliyyətinin,
eləcə də daim özünütəkmilləşdirmək göstərişinin olması tələb edilir. Şəxsiyyətin
özünütəkmilləşdirməsi onun cəmiyyətdəki həyati tələbatları və fəaliyyəti ilə,
inkişafı ilə şərtlənir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə
onun özünütərbiyəsində həlledici rol oynayır. İctimai həyata, eləcə də onu əhatə
edən mühitin tələbatlarını, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında
insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün arzu etdiyi keyfiyyətləri
özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən
ötrü özünü şüurlu, planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar
və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Həyati
faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. İnsanların
özünütərbiyə ilə məşğul olmaları çox qədim tarixə malikdir. Hələ ibtidai icma
dövründə adamlar özlərində ovçuluğa, atıcılığa, vuruşmağa aid müəyyən
bacarıqlar yaratmaq üçün özünütərbiyədən istifadə edirdilər.İctimai məna
daşıyan özünütərbiyə tərbiyə prosesindən doğur və ona qüvvətli əks təsir göstərir.
Çünki, özünün həyata olan münasibətini başa düşdükdə onun əsil mənada özünütərbiyəsi
başlayır. Özünütərbiyə işini düzgün təşkil etmək və istiqamətləndirmək üçün müəllim
şagirdlərin fərdi xüsusiyyətlərini diqqətlə öyrənməli, onların “psixoloji tərcümeyi-halına”
dərindən bələd olmalıdır. Bu işdə uşağın marağı, meyli, həvəsi, adətləri nəzərə
alınmalıdır. Uşaqlara böyük şəxsiyyətlərin özünütərbiyə ilə nə cür məşğul
olmaları haqda çoxlu misallar gətirmək lazımdır. Məsələn, böyük rus yazıçısı
L.N.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuş, pedaqoq
K.D.Uşinski isə bu iş üçün xüsusi proqram tərtib etmişdir. L.Tolstoy günah iş
görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Luvorov düzgün iş
tutmayanda özünü həbs edirdi.
Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə,
səliqə-sahmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə
çalışmalı, onu nüfuzdan sala biləcək hərəkətlərə heç zaman yol verməməlidir. Müəllim
yadda saxlamalıdır ki, özünütərbiyə bu anlayışları əhatə edir və qanunauyğun
bir hadisədir.
1)
Özünü
dərk etmək (özünümüşahidə, özünütəsdiq, özünütəhlil, özünütənqid, özünümühakimə,
özünəqiymət, özünübəyənmə)
2)
Özünü
məcbur etmək (özünə qarşı tələbkarlıq, özünə amr vermək, özünəhesabat, özünütəlqin,
özünü yoxlamaq)
3)
Özünü
ələ almaq (müstəqillik, fəallıq, təmkinlilik, özünənəzarət)
Müəllim bilməlidir ki, yaşın
artması ilə əlaqədar olaraq, özünütərbiyənin
məqsədi də dəyişir.
Böyük rus pedaqoqu K.D.Uşinski müəllimin özünütərbiyəsi üçün
qaydaları belə müəyyən etmişdir:
1)
Tam
sakitlik
2)
Sözündə
və hərəkətində səmimilik
3)
Düşünülmüş
hərəkətlər
4)
Qətiyyətlilik
5)
Ğzün
haqda vacib olmadıqda danışmamaq
6)
Vaxtını
mənasız keçirməmək; vacib olanı etmək
7)
Yalnız
ən vacib və xoş olanı etmək, ehtirasa uymamaq
8)
Hər
axşam öz hərəkətləri haqqında özünə hesabat vermək
9)
Gördüyün,
görəcəyin işlər haqqında heç vaxt öyünməmək
Müəllim bu qaydaları müasir vəziyyət
baxımından təhlil etməli və onlara
yaradıcı yanaşmaqla əməl etməlidir.
Müəllim unutmamalıdır ki, onun fəaliyyəti təkcə şagirdlərinin təlim-tərbiyəsi
ilə məşğul olmaqla qurtarmır. O, tərbiyə məsələləri ilə məşğul olan
professional bir şəxs kimi həm də bütov bir cəmiyyətin tərbiyəçisidir.Bu tərbiyə
işində isə müəllimin özünütərbiyəsi bütöv bir cəmiyyətə güclü təsiredici vasitə
kimi mühüm rol oynayır.
ESTETİK HİSSLƏR
PEDAQOJİ USTALIĞIN VACİB KOMPONENTİ KİMİ
Pedaqoji
ustalığın vacib komponentlərindən biri də estetik hisslərdir. Çoxdan dərk
olunmuş həqiqətdir ki, cansız, sönük, sırf məlumat mahiyyəti daşıyan dərs və ya
tərbiyəvi tədbir bir o qədər də səmərəli olmur.
Müəllimlik
peşəsinin incəsənətlə əlaqəsi, birləşməsi zəruriyyəti də bu komponentin tələblərindən
doğur. Ona görə də müəllimin öz hissələrini ifadə etmək bacarığı, onu uşaqlar
üçün daha duyumlu və cəlbedici edə bilməsi pedaqoji işdə mühüm rol oynayır. Müəllim
öz hissini keçdiyi mövzunun, apardığı əxlaqi söhbətin emosionallığını məhz
nitqinin ahəngi, əllərinin, başının hərəkəti, sifətinin mimikası, ifadəli vəziyyəti,
baxışları və s. ilə məktəbliləri özünün müəyyən hadisələrə, baxışlara, əxlaqi dəyərlərə
şəxsi münasibətləri ilə bir növ yoluxdurur, birgə həyəcan keçirməyə dəvət edir.
Belə hissi ahəngdarlığa nail olmaqla, müəllim şagirdin hissi aləminə fəal təsir
göstərmək imkanı-onun idrakı və praktiki fəaliyyətinin katalizatorunu əldə
edir. Hər bir fənn müəllimi bilməlidir ki, şəxsiyyətin inandırılması hisslərdən
kənarda mümkün deyildir. İnamlar gözəllik, ülvilik kimi müsbət hisslərin biliklərlə
sıx birliyi nəticəsində daha möhkəm olur. Bunların da əsasında şəxsi etik
anlayış olan vicdan formalaşır. Şəxsiyyətin maraqlarını və tələbatlarını şərtləndirən
müxtəlif psixofizioloji göstərişlər, davranışın və praktiki hərəkətin
stereotipləri daha məhsuldarlıqla formalaşır. Ona görə də müəllimin praktiki təlim-tərbiyə
fəaliyyəti üçün ona hisslərin növlərini, onların xüsusiyyətlərini, təzahürü
xassəsini hökmən bilmək lazımdır. Məlumdur ki, şəxsiyyətin mənəvi aləmi çoxtərəfli,
fasiləsiz həyəcanlardan, hisslər okeanından ibarətdir. Onlar təfəkkür, iradə,
dünyagörüşü, əxlaq, mədəniyyət və biliklərlə sıx bağlıdırlar.
Hisslər
insanın bütün duyğularını, münasibətlərini əhatə edir. Böyük rus pedaqoqu
K.D.Uşinskinin sözləri ilə desək, şəxsiyyət tam şəkildə hisslərində təzahür
edir.Müəllimin pedaqoji ustalığı təfəkkürün və hisslərin “başın” və “ürəyin” ahəngdarlığına
əsaslanır. Elmdə hissləri müsbət və mənfi hisslərə ayırırlar ki, bunların da
birliyi estetik hissləri müəyyən edir. Estetik hissləri əmək, din, təbiət, incəsənət,
insan münasibətləri və s. törədir. Müsbət estetik hisslərə gözəllik, ülvilik, mənfi
estetik hisslərə isə eybəcərlik, alçaqlıq aiddir.
Faciəvilik
və komiklik bunlar arasında keçid təşkil edirlər. əgər qavranılan aləm
qavrayışın ideallarına uyğun gəlirsə, belə hissləri gözəl, əgər bu zaman müsbət
həyəcanların intensivliyi, ardıcıllığı olarsa, belə hisslər ülvi adlanırlar. Əgər
qavranılan aləm qavrayanın ideallarına uyğun gəlmirsə və normal mənfi həyəcanlar
törədirsə, belə hisslər eybəcər, onların həddini aşması isə alçaqlıq adlanır.
Hissi həyəcanlar insan həyatının normasını əks etdirir. Hisslər insanı idarə
edirsə, bu xəstəliklə qurtarır. Odur ki, hər bir insan hisslərinin əsiri
olmamalı, onları ağılla idarə etməyə, cilovlamağa çalışmalıdır.Yersiz əsəbləşmək.
Hər xırda məsələdən ötrü özündən çıxmaq. Uşaqları təhqir etmək, şəxsiyyətlərini
alçaltmaq müəllimə yaraşmaz. Bu müəllimin insansevərliyi ilə heç də uyğun gəlmir.
Onunla tərs mütənasiblik təşkil edir. İnsan hissləri ali sinir fəaliyyəti ilə şərtlənir.
İnsan orqanizminin xarici və daxili dəyişmələrində təzahür edir. Daxilən onlar
ifadəli vəziyyətlərdə (pozalarda), boyun əzələlərinin tonusunun dəyişməsində,
jestlərin dinamikasında, mimikada, nəfəsalmada, səsin intonasiyasında, gözlərin
hərəkətində, dərinin rəngində, nəmliyində, gülüşlərdə və ağlamalarda əks
olunur. Daxilən isə hisslər daxili sekresiya vəzilərinin əhəmiyyətli dəyişmələrində,
çoxlu adrenalinin qana daxil olmasında, ürəyin koronar qan damarlarının genişlənməsində,
qanın laxtalanma sürətinin artmasında, həzm aparatının işinin tormozlanmasında
və s. əksini tapır.
Hər bir
müəllim bütün bunları nəinki bilməli, həm də uşaqların estetik hisslərinin,
xüsusilə də müsbət hisslərin inkişafı metodikasına da yiyələnməlidir.Pedaqoji
işin müvəffəqiyyəti yalnız bunlara əsaslanır. Yalnız uşağın daxili aləminə təsirin
pedaqoji qanunlarına yiyələnmiş müəllimlər onların estetik təhsilini və tərbiyəsini
düzgün təşkil edə bilərlər.
MÜƏLLİMİN USTALIĞI VƏ ŞAGİRDLƏRİN TƏCRÜBƏSİ
Məlumdur ki, təcrübənin qazanılması elm tərəfindən
uşaqların cəmiyyət həyatına hazırlanmasının psixoloji və fizioloji əsasları
olan mürəkkəb psixofiziki göstərişlərin, şərti-reflektor əlaqələrin yaranması
prosesi kimi izah edilir. Alınması mənbələrinə görə təcrübənin 2 növünü qeyd
edirlər. 1) bilavasitə şəxsi təcrübə, 2) bilavasitə 2-ci siqnal sisteminin köməyilə
qazanılan təcrübə.
Ontogenetik planda uşağın cəmiyyət həyatına hazırlanmsına
müxtəlif növ təcrübələrin emosional-hissi inkişafından, bu əsas üzərində gerçəkliyin
dırk olunmasından, xarici mühitin təsirlərinə ilk adekvat cavab vərdişlərindən
başlayır. Beləliklə, müasir dövrdə əsas həyat təcrübəsi uşaqların estetik, əqli,
praktiki inkişafının yeganə mənbəyi kimi çıxış edir. Nitqin və təfəkkürün
formalaşması getdikcə estetik,əqli,praktiki təcrübə növləri də inkişaf edir, mənimsənilir,
söz və praktiki hərəkət yolu ilə təkmilləşir. Bu zaman qavranılan yeninin şəxsi
təcrübəsi ilə qarşılaşdırılması prosesi baş verir. Belə proses məqsədəyönəlmiş
pedaqoji rəhbərlik tələb edir: müstəqilliyə,iradi cəhdlərin təzahürünə və bu
zaman gözəllik, ülvilik kimi maksimal hissi həyəcanların alınmasına səbəb olur.
Uşaqlara demokratik rəhbərliyin əsasını “paralel pedaqoji təsir”
təşkiol edir ki, bu da onlarda şəxsiyyətin ictimai istiqamətliliyini tərbiyə
edir. Bu metodika uşaq kollektivinin xüsusiyyətlərini, onun əxlaqi-estetik
gücünü nəzərə alır və uşağı cəmiyyətin bir üzvü, öz kollektivinin müstıqil
sahibi kimi formalaşdırır. Uşaqların həyata, əmək kollektivi ilə işgüzar əməkdaşlığa
cəlb olunması, onların fəaliyyətinin ictimai əhəmiyyətinin başa düşülməsi
uşaqların müstıqilliyə, yaradıcılıq fəallığına təbii cəhdlərini təmin edir.
Bunların əsasında rəngarəng pedaqoji situasiyalar yaratmaq, əmək və ictimai ənənələrin
mənimsənilməsini, təlimin məhsuldar əməklə əlaqələndirilməsini, uşaqların
elmi-texniki yaradıcılıqda iştirakını təmin etmək mümkündür. Pedaqoji vasitələr
sistemində uşaqların milli mədəniyyəti mənimsəmələri də olduqca mühüm rol
oynayır.
Xor ifası,musiqi savadı,xalq ritmləri,lepka,rəssamlıq-uşaqların
estetik inkişafını müəyyən edən əsas fəaliyyət növləridir. Bu işdə müəllim fəaliyyətinin
müvəffəqqiyyəti müəllimlə şagirdin estetik həyəcanlarının qohumluğu, yaxınlığı
ilə təmin olunur. Bəzi hallarda müəllimlə şagirdin estetik inkişafları arasında
ciddi ziddiyyətlər olur. Müəllim buna görə də öz şəxsi ustalığını itiləməli,pedaqoji
yaradıcılığın həqiqətini tapmağı bacarmalıdır ki, bunlar da müəllimlə şagirdin
təcrübəsi qovşağındadır.
LABARATOR – TƏCRÜBƏ MƏŞĞƏLƏ:
PEDAQOJİ PEŞƏYƏ HAZIRLIQ
Məqsəd: Müəllimin mövqeyinin formalaşmasına tələbələrdə
ilk göstərişlərin, baxışların yaradılması.
Məşğələnin planı
1.
Nəzəri
məşğələlər üzrə biliklərin yoxlanılması.
2.
“Mənim
müəllimlik idealım” mövzusunda söhbət.
3.
Mikroçıxışlar
“Mən və peşəm” (3-5 dəqiqə).
4.
Tanınmış
müəllimlərin hazırlıq proqramlarının təhlili.
5.
Müəllimin
özünütərbiyəsi proqramının tərtib edilməsi və peşə
yetkinliyi gündəliyinin
doldurulması.
Məşğələnin gedişatı
1.
Nəzəri
biliklərin yoxlanılması.
1)
Müəllimlik
peşəsinin ictimai əhəmiyyəti.
2)
Cəmiyyətdə
müəllimin funksiyaları, ona edilən tələblər.
3)
Müəllim
şəxsiyyətinin professional formalaşmasında özünütərbiyənin
rolu.
4)
Özünütərbiyənin
əsas mərhələləri.
5)
Özünütərbiyənin
vasitələri.
2.
“Mənim
müəllimlik idealım” mövzusunda söhbətin keçirilməsi.
Tapşırıq 1.
“Bazar gününüdək yaşayaq”,
“Bizim Cəbiş müəllim” filmlərindən
fraqmentlərə baxmaq və müəllimlik sənətinin əsas
xüsusiyyətlərini təhlil etmək.
Tapşırıq 2. Respublikamızın
görkəmli pedaqoq – alimlərinin, yenilikçi,
qabaqcıl müəllimlərinin televiziyadakı, mətbuatdakı
çıxışlarının müzakirəsi, müəllim və təhsil haqqında söylənilmiş fikirlər əsasında
müasir müəllimə edilən tələbləri açmaq.
Tapşırıq 3.“Mənim
ideal müəllimim” mövzusunda inşa yazmaq və
burada ideal müəllimin əsas keyfiyyətləri haqqında
öz fikirlərini əsaslandırmaq, konkret müəllim surətləri əsasında müəllimə edilən
ümumi tələbləri açmaq, sosial ideal müəllim
şəxsiyyətini müəyyənləşdirmək, onun tələbələrin həyat təcrübəsinə konkret təsirini
şərh etmək.
Tapşırıq 4. Məşğələnin
əvvəlki mərhələlərində əldə edilmiş fikirlər
əsasında ideal müəllimin keyfiyyətlərinin ümumiləşmiş
siyahısını tərtib etmək.
Tapşırıq 5. Pedaqoji
təxəyyülün inkiçafı üçün çalışmaların yerinə
yetirilməsi.
1)
Qrafik
simvolika, emblem yaratmaqla ideal müəllim haqda
təsəvvürünü ifadə etmək.
2)
Həmin
qrafiki vasitələr yolu ilə özünün pedaoji fəaliyyətə hazırlıq səviyyəni ifadə
etmək.
3.
“Mən
və peşəm” mövzusunda mikroçıxışlar (3-5 dəqiqə) çıxışların
təxmini planı bu cür qurula bilər: mən nə üçün müəllimlik
peşəsini seçmişəm; mən bu gün uşaqlara nə verə bilərəm; texnikumda professional
hazırlıq prosesində mən nələrə nail olmaq istəyərdim. Çıxış edən tələbələrə
mövzuya aid suallar verilə bilər. Bu məşğələdə tələbələrə kütləvi çıxışlara
edilən ilk tələbləri mənimsəmələri məsləhət görülür: auditoriyaya baxmaq və şəxsi
fikirlərini konspektə istinad etmədən söyləməyi bacarmaq.
4.
Tanınmış
müəllimlərin hazırlıq proqramlarının təhlili. Tələbələrin şəxsi
seçimlərinə əsasən tanınmış pedaqoqların
(K.D.Uşinski, A.S.Makarenko, V.A.Suxomlinski, Ə.Seyidov, M.Muradxanov, M.Mərdanov,
Ə.Ağayev, S.Tağıyeva) özünütərbiyə işi üzrə hazırlıq proqramları haqda
danışmaq, bunun üçün onların əsərlərindən, müxtəlif ədəbiyyatdan istifadə etmək.
5.
Müəllimin
özünütərbiyəsi proqramının tərtib edilməsi və peşə
yetkinliyi gündəliyinin doldurulması. Bu
individual, fərdi iş tələb edir. Məsələn, iradəni tərbiyə etmək üçün belə
proqram məsləhət görülür:
1)
Gün
və həftə üçün iş planı tərtib etmək, onu hökmən yerinə yetirməyə
çalışmaq.
2)
Özündə
mənfi emosiyaların qalib gəlmək. Müvəffəqiyyətə inanmaq.
3)
Həyatdakı
maneələri dəf etmək.
4)
“Mən
özümə inanıram”, “Mən bunu edəcəyəm” kimi özünətəlqin
formalarından istifadə etmək.
Analoji
şəkildə diqqətin, məqsədəyönlülüyün, nikbiliyin, cəsurluğun tərbiyəsi üzrə də
proqramlar tərtib edilə bilər. Şagirdlər dəftərlərində professional yetkinlik
üzrə gündəlik çəkib hazırlayır və əldə olunan nəticələr əsasında onu
doldururlar.
PEDAQOJİ
TEXNİKA, ONUN MAHİYYƏTİ, KOMPONENTLƏRİ
Usta
müəllimin müvəffəqiyyətinin sirləri ilə maraqlanarkən, bir pedaqoji təsir
üsullarının yonulmuşluğu, ən müxətlif təcrübi məsələlərin sənətkarlıqla
qoyuluşu və həlli ilə qarşılaşırıq. Burada ən mühüm rol xüsusi bacarıqlara məxsusdur:
şagirdləri intensiv idraki fəaliyyətə cəlb etmək, suallar qoymaq, kollektivlə və
tək bir şəxsiyyətlə ünsiyyətdə bilmək və s. Pedaqoji texnika elə bunlarla məşğul
olur, müəllimin fəaliyyətinin daxili məzmununun və onun xarici ifadəliliyinin
ahəgdar birliyinə imkan yaradır. Müəllimin ustalığı mənəvi mədəniyyətin və
pedaqoji cəhətdən məqsədəmüvafiq xarici ifadəliliyin sintezindədir, birliyindədir.
Texnika, yolların, üsulların uyğunluğudur. Pedaqoji texnika isə müəllimin təlim,
tərbiyə, təhsil və inkişaf problemlərinin həlli
zamanı əldə edib, nümayiş etdirdiyi ümumi pedaqoji bacarıqlar
kompleksidir. Pedaqoji texnika müəllimin nitq və qeyri-verbal (şifahi) ünsiyyət vasitələrində təzahür edib,
fəaliyyət göstərir, onun nitq, danışığı, təfəkkürü, mimikası, pantomimikasl,
jesti, əl-qol hərəkətləri, sifət əzələləri, duruşu, məvıvi emosiyası və s. ilə
tamamlanır, inkişaf etdirilərkən daha da zənginləşdirilir. Texnikaya yiyələnmək
– müəllimin qarşısında duran ən vacib pedaqoji məsələlərin həlli üçün incə bir
alətə sahib olmaq deməkdir. “Pedaqoji texnika” anlayışına 2 qrup komponentlər
daxildir:
1-ci
qrup komponentlər müəllimin özünü idarə etməsi ilə bağlıdır. Müəllimin öz
vücudunu idarə etməsi (mimika, pantomimika), hisslərini, əhval-ruhiyyəsini idarə
edə bilmək (artıq psixi gərginliyi
götürmək, yaradıcılıq, əhval-ruhiyyəsi yaratmaq), sosial-psixoloji
qabiliyyətlər (diqqət, müşahidə, mühakimə, təxəyyül), nitq texnikası (nəfəsalma,
diksiya, nitq tempi, səsin düzgün qoyuluşu və s.).
Pedaqoji
texnikada müəllimin öz psixi vəziyyətini, əhval-ruhiyyəsini tənzimləməsi xüsusi
əhəmiyyət kəsb edir. Müəllimin özünü emosional cəhətdən yaradıcı, nikbin,
xeyirxah və humanist vəziyyətdə hiss etməsi onun əmək gərginliyini azaldır, mənəvi
istirahət etməsinə zəmin yaradır. Müəllimin aktyor və rejissor bacarığı
elementlərinə yiyələnməsi də pedaqoji texnikada əhəmiyyətli rol oynayır. Bunun
sayəsində müəllim öz şagirdlərinin yalnız zehninə deyil, həm də hisslərinə daha
güclü təsir göstərə bilir.
2-ci
qrup komponentlər şəxsiyyətə və kollektivə təsir göstərmək bacarıqları ilə
bağlıdır və təlim-tərbiyə fəaliyyətinin texnoloji tərəfini açır. Yəni, müəllimin
didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ və s. bacarıqları, texnoloji
fəndlər (məs. tələb vermək, ünsiyyəti idarəetmə, kollektiv yaradıcılıq işlərinin
təşkili fəndləri və digər işlər) nəzərdə tutulur.
Beləliklə,
pedaqoji texnika müəllimin elə kompleks bacarıqlar sistemidir ki,
ondan-pedaqoqdan daima yaradıcı işləməyi, şagirdlərlə işləyərkən mövcud şəraitə,
vəziyyətə uyğun daha faydalı – effektli təsir vasitələrini tapmağı tələb edir.
Pedaqoji texnikaya yiyələnmək, inu bacarmaq məsələsinə kompleks yanaşmaq
lazımdır. İnkişaf etmiş pedaqoji texnika müəllimə öz fəaliyyətində şagirdin şəxsiyyətinə,
genetik imkanına uyğun-münasib ən yaxşı peşə bacarıqlarını nümayiş etdirməyə,
düzgün, lazımlı söz, intonasiya, jest, baxış tapmağa, özünü təmkinli aparmağa,
ağır pedaqoji situasiyada aydın mühakimə yürüdüb düşünməyə, düzgün yol seçməyə
kömək edir.
PEDAQOJİ FƏALİYYƏTDƏ
TEXNİKANIN ƏHƏMİYYƏTİ. GƏNC MÜƏLLİMİN PEDAQOJİ TEXNİKASININ TİPİK NÖQSANLARI
Pedaqoji texnikaya yiyələnmək, onu bacarmaq məsələsinə
kompleks yanaşmaq lazımdır. Bu bacarıqların vahidliyini təmin edən bir-neçə
ümumi əlamətlər var. İlk növbədə pedaqoji texnikanın tətbiqi zamanı bilavasitə
müəllimin şagirdlə qarşılıqlı fəaliyyəti. Məhz bu zaman pedaqoji texnikanın
situasiyalılığı, pantomimliyi, improvizasiyası, yəni yaranmış şəraitə, vəziyyətə
görə düzgün hərəkət etmək məharəti meydana çıxır. Bütün bunlardan başqa müəllimin
texnikadakı bütün bacarıqları pedaqoji ünsiyyətdə eyni vaxtda özünü biruzə
verir, göstərir. Belə ki, nitq, jest, mimika, vurğu, pafos, müxtəlif hərəkətlərlə
müşayiət olunmaqla, fasiləsiz, öz-özünə nəzarət müəllimə daha təsirli və
faydalı vasitələri seçməyə, tətbiq etməyə imkan verir. Pedaqoji texnikaya yiyələnməyin
digər bir mühüm əlaməti pedaqoqların hansı fərdi-şəxsi xarakterli olmasıdır.
Bunlar isə müəllimin psixi-fizioloji əlamətləri əsasında formalaşır. Fərdi
pedaqoji texnika pedaqoqun yaşından, cinsindən, temperamentindən,
anatomik-fizioloji xüsusiyyətlərindən, formalaşması şəxsiyyətin ən incə və dərin
keyfiyyətlərinin inkişafına güclü təsir göstərir. Yəni nitqin ifadəliliyi, təmizliyi,
savadlılığı üzərində işləməklə təfəkkürü səfərbər edir, xarakterin əlaməti kimi
emosional tarazlaşmanın inkişafına gətirib çıxarır və s. Pedaqoji texnikaya yiyələnməyin
3-cü mühüm əlaməti bu bacarıqlar vasitəsilə pedaqoji ünsiyyət zamanı əxlaqi,
estetik mövqeyin şagirdlərə daha tam şəkildə açılmasıdır. Pedaqoji ustalığın səviyyəsi,
həm də müəllimin ümumi mədəniyyətinin səviyyəsini, onun pedaqoji peşə
potensialını göstərir. Əgər müəllimin nitqi kasıbdırsa, monotondursa, emosiyalarını
cilovlaya bilməyib, onlara həddən artıq sərbəstlik verirsə, öz axmaq zövqü ilə
tanınırsa, nə qədər gözəl, lazımlı tədbir keçirsə də, onun heç
bir tərbiyəvi təsiri olmayacaqdır.
Yeni fəaliyyətə başlamış müəllimin pedaqoji texnikasında bu
çatışmamazlıqlar özünü göstərir:
Şagird və valideynlərlə səmimi, mehriban danışmağı, daxili həyəcanını
və hirsini boğmağı bacarmamaq, özünün acizliyini, imkansızlığını gizlədə bilməmək,
danışığını tənzimləməyi bacarmamaq, nitqindəki sönüklük, dolaşıqlıq,
monotonluq. Özünü gah çox ciddi, gah da çox mülayim aparması, hərəkətlərinə nəzarət
edə bilməməsi, sinifdə gah tez-tez gəzməsi, gah da donmuş halda hərəkətsiz
qalması. Bütün bu nöqsanlar uşaqlara effektiv təsir göstərməyə imkan vermir. Müəllim
hazırlığı ilə məşğul olan idarə və müəssisələrin ümdə məqsədi bu nöqsanların ləğvinə
doğru yönəldilməlidir.