16 Ocak 2013 Çarşamba

Menzereler



Skripka musiqisi


ADPK


Azərbaycan Dövlət Pedaqoji Kollecində dünya şöhrətli alim, məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfi Rəhim oğlu Əsgərzadənin 90 illik yubileyinə həsr olunmuş “Lütfi Zadə-90” mövzusunda konfrans və “İNFO-RİNG” adlı məntiq və informatika biliklərinin sınaq yarışması keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Şöhrət ordenli, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Müzəffər qızı Əliyeva çıxış edib, iştirakçılara Lütfi Zadə - Lütfəli Rəhim oğlu Əsgərzadəni — Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, bir çox xarici ölkə akademiyalarının üzvü, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmiş, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru kimi tanıtdı. Lütfi Zadənin dünyada əsərlərinə ən çox istinad edilən alim olduğunu, onun elmi kəşfləri sayəsində bu istiqamətdə yeni inqilabi kəşflərin əsası qoyulduğunu , ən əsası onun vətəninə -Azərbaycana, onun milli dəyərlərinə , mədəniyyətinə,tarixinə sadiq olduğunu həmişə Azərbaycanlı olduğu ilə fəxr etdiyini bildirdi. Lütfi Zadənin Azərbaycan prezidenti cənab İlham Əliyeva ünvanladığı sözlərin bu bağlılığı göstərdiyini qeyd etdi: - “Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Qara Qızılın İnsan Qızılına çevrilməsi Doktrinası Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşlara və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü Prezidenti var və bu da ölkədə yaşamaq üçün güclü sülh şəraitini yaradır... Sizin əldə etdiyiniz sosial sabitlik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması üçün güclü platforma yaradıb";.
 Tədbirin II hissəsində kollecin “İnformatika müəllimliyi” ixtisasının tələbələri İKT vasitələrindən istifadə etməklə biliklərini nümayiş etdirdilər.
 Yeni ulduz Vüqar Muradovun və "Dan ulduzu" ansamblının solisti Şəhla Həmidovanin ifaları tədbirə bayram əhvalı bəxş etdi.

WINDOWS 8


Windows 8 — Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi, hələlik son olan əməliyyat sistemidir.
Windows 8   26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.

15 Ocak 2013 Salı

Ibretli hekaye

                                                           Allahin sevimli qulu
Allahın sevimli qullarından biri bir yuxu görür; yuxusunda ona belə deyilir: "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!" Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirindi. Allaha həmd etdi, yoluna davam etdi. Qarşısına qızıldan bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq yüzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, "Mən əmr ediləni etdim." deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey Allahın sevimli qulu, məni gizlət. Mənə kömək et." Onu götürdü.
Qoynuna gizlətdi. Arxasından şahin gəldi; belə dedi: "Ey Allahın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: "Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməyim əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; özündən bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu buraxdı. Bundan sonra, çıxıb getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir." Daha sonra, yuxusunda belə izah edildi: "Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır."