16 Ocak 2013 Çarşamba

ADPK


Azərbaycan Dövlət Pedaqoji Kollecində dünya şöhrətli alim, məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfi Rəhim oğlu Əsgərzadənin 90 illik yubileyinə həsr olunmuş “Lütfi Zadə-90” mövzusunda konfrans və “İNFO-RİNG” adlı məntiq və informatika biliklərinin sınaq yarışması keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Şöhrət ordenli, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Müzəffər qızı Əliyeva çıxış edib, iştirakçılara Lütfi Zadə - Lütfəli Rəhim oğlu Əsgərzadəni — Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, bir çox xarici ölkə akademiyalarının üzvü, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmiş, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru kimi tanıtdı. Lütfi Zadənin dünyada əsərlərinə ən çox istinad edilən alim olduğunu, onun elmi kəşfləri sayəsində bu istiqamətdə yeni inqilabi kəşflərin əsası qoyulduğunu , ən əsası onun vətəninə -Azərbaycana, onun milli dəyərlərinə , mədəniyyətinə,tarixinə sadiq olduğunu həmişə Azərbaycanlı olduğu ilə fəxr etdiyini bildirdi. Lütfi Zadənin Azərbaycan prezidenti cənab İlham Əliyeva ünvanladığı sözlərin bu bağlılığı göstərdiyini qeyd etdi: - “Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Qara Qızılın İnsan Qızılına çevrilməsi Doktrinası Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşlara və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü Prezidenti var və bu da ölkədə yaşamaq üçün güclü sülh şəraitini yaradır... Sizin əldə etdiyiniz sosial sabitlik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması üçün güclü platforma yaradıb";.
 Tədbirin II hissəsində kollecin “İnformatika müəllimliyi” ixtisasının tələbələri İKT vasitələrindən istifadə etməklə biliklərini nümayiş etdirdilər.
 Yeni ulduz Vüqar Muradovun və "Dan ulduzu" ansamblının solisti Şəhla Həmidovanin ifaları tədbirə bayram əhvalı bəxş etdi.

Hiç yorum yok:

Yorum Gönder