1 Haziran 2013 Cumartesi

You Tube haqqında

                                                               You Tube haqqında
1. Öz proeklərini başlayanda, YouTube'un təsisçiləri (Steve Chen, Chad Hurley, Jawed Karim) Paypal şirkətində işləyirdilər

2. YouTube domein adı 14 fevral 2005'ci ildə qeydiyyatdan keçib.

3. YouTube qeydiyyatdan keçmiş istifadəçilərin 70% ABŞ'dandı, 50% isə 20 yaşdan balacadı.

4. Əgər YouTube Hollywood kinokompaniyası olsaydı onun həftədə 60 000 yeni filmi yayımlamaq üçün yetəri qədər materialı olardı.

5. YouTube'da son iki ay ərzində yüklənmiş videoları yayımlamaq üçün NBC, ABC, CBS telekanalları isitrahət günü olmadan düz 1948 il fasiləsiz işləməlidi.

6. YouTube'un ümumi trafiqi 2000'ci ildə sərf olunan bütün internet trafikinə bərabərdi.

7. YouTube'dakı bütün videoları izləmək üçün 1000 il lazımdı. (ancaq həmin vaxta qədər YouTube'da yüklənmiş videoların sayı 1 000 000 000 000 ötəcək)

8. YouTube'da yükləmək üçün ən populyar "Musiqi" keteqoriyasıdı, həmin kateqoriyada bütün videoların 20%'i saxlanılır.

9. Birləşmiş Ştatlar, onlardan sonra Böyük Britaniya YouTube'da ən çox video yükləyən ölkələrdi. ABŞ həmçinin YouTube'da ən çox video izləyən ölkədir.. İkinci yerdə isə Yaponiyadır.

10. YouTube'un tarixində ilk yüklənmiş video 2005'ci il' Aprelin 23'də "Mən zooparkdayam" adlı video olub. Həmin videonun müəllifi YouTube'un təsisçilərindən biri - Jawed Karim idi.

11. YouTube'dakı videoların gündəlik izlənmə sayı 2 milyardı ötür.

12. Google YouTube'u 2006'cı ildə 1.65 milyard dollara alıb.

13. YouTube'un rus versiyasını açmış ilk video Pyotr Naliçin 2007'di ildə yüklənmiş "Gitar" adlı klipi olub.

14. 2007'ci il Martın 13'də "Viacom" kompaniyası YouTube servisini müəllif hüquqlarını kütləvi şəkildə pozduqlarına görə Google'a iddia ərzəsi qaldıraraq onlardan bütün istifadəçilərin şəxsi məlumatlarını verməylərini tələb edib.

15. Videoları məşhur olmuş bir çox YouTube istifadəçiləri həmçinin internetdən kənarda da çox populyarlaşdılar. Məsələn, Kanadadan olan balaca superulduz Justin Bieber anasının YouTube'da onun səsyazmalarını yerləşdirməsinin hesabına tanınmış səsyazma studiyası ilə çox bahalı müqaviləyə imza atıb.

16. YouTube'da "Pasxa yumurtası": əgər videonun yüklənməsi zamanı klaviaturada yuxarı, aşağı, sola, sağa klavişlərinə sıxsanız "İlan" oyunu işə düşəcək.

17. Statistikaya əsasən 2010'cu ilin Noyabr ayı üzrə YouTube'da bir dəqiqə ərzində 35 saatlıq, gün ərzində isə 50 400 saatlıq video yüklənir.

18. Silinmiş kimi qeyd olunmuş videolar mütləq mənada fiziki olaraq tam silinmir. Deleted YouTube Video Viewer'in köməyi ilə ilə həmin fayllara baxmaq olar.

19. 2009'cu ilin Martında YouTube'da tibet rahiblərinin çin əsgərləri tərəfindən döyülməsini əks etdirən video yazının yayımlanmasından sonra Çində YouTube saytına giriş bağlandı.

20. Vikipediya görə 15 Fevral 2005'ci il rəsmi olaraq YouTube'un yaranma tarixidir.

1 yorum:

  1. Top 10 Casinos Near Pittsburgh - Mapyro
    Looking for 목포 출장샵 the best casinos in Pittsburgh? Mapyro has 의왕 출장샵 it all! Find casinos 문경 출장마사지 that offer slots, table games, live 안산 출장안마 music and 안산 출장안마 live music.

    YanıtlaSil